sehiyye.info

Tibb Universitetinin rektoru medal və fəxri adlarla təltif olunan universitet əməkdaşlarını təbrik edib

Tibb Universitetinin rektoru medal və fəxri adlarla təltif olunan universitet əməkdaşlarını təbrik edib
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Prezident İlham Əliyev tərəfindən medal və fəxri adlarla təltif edilən universitet əməkdaşlarını təbrik edib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təltif olunan əməkdaşlarla görüşən rektor onların universitetdə tibbi kadrların hazırlanmasında böyük zəhmətləri olduqlarını qeyd edib: “Siz uzun illər insanların sağlamlığının keşiyində dayanmısınız. Həmçinin gələcək üçün savadlı kadrların, yüksək ixtisaslı həkimlərin yetişdirilməsində böyük əməyiniz olub. Bu baxımdan ölkə başçısı tərəfindən yüksək fəxri adlarla təltif olunmanız bizi sevindirir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il 11 iyun tarixli Sərəncamı ilə ATU-nun Patoloji anatomiya kafedrasının müdiri, professor Ədalət Həsənov Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı, Yoluxucu xəstəliklər kafedrasının professoru Nərgiz Hüseynova və İnsan anatomiyası və tibbi terminologiya kafedrasının dosenti Arifə Məmmədova isə Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” adları ilə təltif ediliblər.

Görüşdə ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev, elmi işlər üzrə prorektor dosent Rauf Bəylərov, Həmkarlar İttifaqı komitəsinin sədri, dosent Cahangir Qasımov da iştirak ediblər.



REKLAM