sehiyye.info

Çində orqan alverində 1.5 milyon insan öldürülüb.

Çində orqan alverində 1.5 milyon insan öldürülüb.
Sehiyye.info Rusiya mətbuatına istinadən xəbər verir ki,Çində insan orqanlarının alveri pik həddə çatıb.Hətta Britaniya xüsusi xidmət orqanlarının dediyinə görə,Çin hərbi həbsxana düşərgələrində vicdan məhbuslarının orqanları ,onları öldürülərək çıxarılır.Britaniyalıların dediyinə görə,"Çin orqan bankları orqan içində üzür".İstənilən donoru tapmaq üçün maxsimum 4 saat vaxt lazımdır.Çin hərbi səhiyyəsi son illər ərzində vicdan məhbuslarının ölümü hesabına milyonlarla pul qazanıblar.Deyilənə görə il ərzində 60-100 min orqan köçürülməsi həyata keçirilir.Hospitalda çalışıan hərbi həkimlərdən birinin dediyinə görə,elə olur ki 24 saat işləyirlər.Orqanların çoxluğundan bu sahədə son 16 il ərzində 2.5 milyon orqan köçürməsi olub.Amerika araşdırmaçılarının dediyinə görə,Çində Hərbi Hospitallarda ÇXR-nın keçmiş partiya işçilərinə,eləcə də xaricdən gələnlərə istənilən orqan ucuz qiymətə köçürülür.Dünyanın başqa ölkələrində insanlar aylarla,hətta illərlə donor orqan növbəsində olduğu halda,Çində pasientə 3-4 saat ərzində istənilən orqan gətirilir.Təsadüfi deyil ki,Şanxayın Çançjen Hospitalında bir həftə ərzində 16 ciyər köşürülməsi olub.Bu isə,digər insanların,daha doğrusu həbsxanalarda olan vicdan məhbuslarının ölümü hesabınadır.Avropa və Amerika İnsan Haqqları Komissiyası tamamilə bunun əleyhinədir.Lakin Çin hökuməti deyilənləri təkzib edir.



REKLAM