sehiyye.info

Bəli, bu ağır xəstəlik məndən... - Xalq artisti ilk dəfə danışdı

Bəli, bu ağır xəstəlik məndən... - Xalq artisti ilk dəfə danışdı
"Düz 2013-cü ildən bu yana qadının ən sevdiyi olan "kabloklu" ayaqqabı geyinə bilmirəm".
Sehiyye/info Metbuat.aza istinad'n xəbər verir ki, aktrisa Firəngiz Mütəllimova ilk dəfə keçirdiyi ağır xəstəlik haqqında "ŞOU ATV" verilişində danışıb.
Xalq artisti ağır xəstəliyinin ondan nələr aldığını ilk dəfə etiraf edib.

Onun sözlərinə görə "Düz 2013-cü ildən bu yana qadının ən sevdiyi olan "kabloklu" ayaqqabı geyinə bilmirəm, 10 sm. dan aşağı ayaqqabılar geyinirəm. Mən çox cəld idim, rəqs etməyi sevirdim, amma indi yerimdə rəqs edirəm. 2-cisi mənə suallar verirlər ki, saç formanızı niyə dəyişmirsiniz? Mən nə qaynaq eləyə bilmərəm, nə saç forması kəsdirə bilmərəm. Çünki, mənim başımda iri bir yarıq var. Bəli, onu örtmək üçün birtəhər sakit yığıram. Yayın qızmar günəşində başıma "kepka" qoyuram, Nə bilim deyirlər yaşına-başına... Başa düşmürlər ki, bu mənə lazımdı mənə qızmar günəş şüası olmaz, həkimin dediklərinə əməl edirəm."

Xatırladaq ki, aktrisa başından əməliyyat olub və bunu hər kəsdən gizlədib.

Verilişdən olan həmin kadrları təqdim edirik:



REKLAM