sehiyye.info

İlin alimi

İlin alimi
Media Araşdırma Mərkəzi və Səhiyyə.info saytı tərəfindən elm və təhsil sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin müəllimi ,professor Ağasəmid İsayev "İlin alimi"adına layiq görülüb.
İsayev Ağasəmid Babasəmid oğlu 05 noyabr 1961-ci ildə Şamaxı rayonunun Ovculu kəndində anadan olub.1969-77-ci illərdə Şamaxı rayonunun Bağırlı kənd orta məktəbində təhsil alıb. 1977-79-cu illərdə isə Bakı şəhərindəki 5 saylı kimya-biologiya təmayüllü məktəbdə təhsilini davam etdirib, orta məktəbi əla qiymətlərlə başa vurmuşdur. 1980-86-cı illərdə N.Nərimanov adına Azərbaycan Dövlət İnstitutunda təhsil almış və 1986-cı ildə həmin institutu fərqlənmə diplomu (lenin təqaüdü) ilə bitirib, Elmi şuranın qərarı ilə “İnsan anatomiyası” kafedrasında baş laborant kimi əmək fəaliyyərinə başlamışdır.1986-1989-cu illərdə aspiranturanın əyani şöbəsində təhsil alıb,1990-cı ilin dekabr ayında “Bazu kələfinin qısa şaxələrinin makromikroskopik anatomiyası və mieloarxitektonikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi, 2009-cu ildə isə “Müxtəlif rejimli fiziki yük zamanı skelet və ürək əzələsi toxumasında baş verən morfo-funksional dəyişikliklərin müqayisəli cəhətdən qiymətləndirilməsi” mövzusunda doktorluq dissertasiyası işini müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1989-1992-ci illərdə kafedranın assistenti, 1993-2006-cı illərdə baş müəllim vəzifəsiində çalışmışdır. 2006-cı ildə kafedranın dosenti, 2012-ci ildə isə ATU-nun böyük elmi şurasının qərarı ilə kafedranın professoru vəzifəsinə seçilib.
Elmi-pedaqoji fəaliyyəti aktiv surətdə dayanmadan davam etdirir.Belə ki, keçən dövr ərzində 130 elmi əsər, o cümlədən 2 tədris-metodik vəsait, 9 dərs vəsaiti, 8 dərslik və 1 monoqrafiyası çapdan çıxmışdır.
I və II kurslarda təcrübə dərsləri və mühazirələr aparır. ATU-nun FD 03 013 dissertasiya şurasının tərkibində fəaliyyət göstərən aprobasiya şurasının, ATU-nun HİK bürosunun və tibbi-bioloji fənlər üzrə problem komissiyasının üzvü və kafedra həmkarlar təşkilatının sədri kimi ictimai vəzifələrdə çalışır. 2010-cu ildə Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının “Fəxri Fərmanı”na layiq görülmüş, 2015-ci ildə isə Avropa Təbiət Elmləri akademiyasının üzvü seçilmişdir.
Professor Ağasəmid İsayev ATU-nin sevilən müəllimlərindəndir.Təsadüfi deyil ki,tələbələr ona bütün problemlərini bir yaxın və humanist insan kimi etibr edib danışırlar.İşlədiyi müddət ərzində yüzlərlə tələbəyə dərsdən əlavə tədrisdə köməklik göstərmiş,çətin mövzularla bağlı öz məsləhətlərini vermişdir.
Nə yaxşı ki,təhsilimizdə belə müəllimlər var,Təbrik edirik.



REKLAM