sehiyye.info

Bu ilin birinci rübündə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 702 vətəndaş müraciət edib

Bu ilin birinci rübündə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 702 vətəndaş müraciət edib
Bu ilin birinci rübündə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 702 vətəndaş müraciət edib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, müraciətlər əsasən icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib.

Müraciətlərdən 103-ü müayinə və müalicə, 78-i əlillik və pensiya məsələləri, 72-si əməliyyatlar, 60-ı ümumi məlumat və qeydiyyat, 59-u iş və əmək münasibətləri, 38-i göndəriş verilməsi, 29-u tibbi xidmətlə bağlı ödəniş, 20-si dərman təminatı, 243-ü isə digər məqsədlərlə bağlı olub.



REKLAM