sehiyye.info

Xərçəng xəstəsi olub-olmayacağınızı əvvəldən bilmək OLACAQ- Alimlər bunu da etdi

Xərçəng xəstəsi olub-olmayacağınızı əvvəldən bilmək OLACAQ- Alimlər bunu da etdi
Amerikalı alimlər döş vəzi xərçəngini 5 il əvvəldən ortaya çıxaracaq süni zəka ilə işləyən cihaz kəşf ediblər.
Sehiyye.info Metbuat.aza istinadən bildirir ki, ABŞ-ın Massaçusets İnstitutunun araşdırmaçıları ilə Massaçusets xəstəxanasının həkimləri qadınların yaxın gələcəkdə döş vəzi xərçənginə tutulub-tutulmayacağını təxmin edə bilən mammoqrafiya cihazı yaradıblar.

60 min qadın üzərində aparılan müayinə nəticəsində onlardan bəzilərinin xərçəngə yoluxma riski daşıdığı müəyyən edilib.

Alimlərin hazırladığı bu cihaz hazırda istifadə edilən bir çox üsuldan daha yaxşı nəticələr verir. Cihaz insan gözünün görmədiyi anormal və qarışıq hüceyrələri də tapa bilirlər.

Həkimlər bu üsulla qadınların süd vəzi xərçəngində gözə çarpmayan, ancaq xərçəngin ilk mərhələsi ola biləcək şəkilləri tanıya bilir.



REKLAM