sehiyye.info

Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümü ATU-da eyd olundu (FOTO)

Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümü ATU-da eyd olundu (FOTO)
Ümummilli lider Heydər Əliyevin doğum günü ölkəmizin hər yerində olduğu kimi Ə.Əliyev adına ADHTİ-də qeyd olunub.



Konfransı institutun rektoru professor N.A.Qasımov açaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, doğum günü hər il həm Azərbaycanda, həm də dünyada azərbaycanlılar yaşayan ölkələrin demək olar ki, hər birində qeyd edilir.



Dövlətçiliyin əsasını qoyan şəxsin doğum günü elə həm də dövlətçiliyin ən vacib tarixlərindən biridir. Belə insanlar tarixin dönüş nöqtələridirlər. Buna görə də onları tarixi şəxsiyyət yox, tarixi fenomen kimi qəbul etmək, öyrənib dərk etməyə çalışmaq vacibdir. Azərbaycan dövlətçiliyinin, ordusunun, mədəniyyətinin, səhiyyə və təhsil sistemlərinin inkişafında Ümummilli liderin rolu əvəzolunmazdır. Heydər Əliyev şəxsiyyəti, onun həyatı və fəaliyyəti haqqında artıq yüzlərlə kitab yazılıb, filmlər çəkilib. Bir dövlət xadimi kimi, onun xalqı və vətəni üçün gördüyü işlər tədqiqatçıların elmi araşdırmalarının mövzusuna çevrilib.1993-cü ilin may-iyununda hökümət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı.



Azərbaycanın о zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdiğı, doğma yurdu Azərbaycanın bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlər Azərbaycanın intibah dövrüdür. Məhz həmin illәr ərzində Bakıda ən böyük abadlıq işləri görüldü, bir sıra inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər bina tikilib istifadəyə verildi. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində bir sıra memarlıq abidəsinin bərpası mümkün oldu.



Sonra rektor qeyd etdi ki, Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlılardan ibarət gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqı dəyərlərinin təbliği də həyata keçirilirdi. Heydər Əliyev səhiyyə sahəsinə də həmişə diqqət və qayğı göstərib. Möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilmişdir. Azərbaycanın gələcək milli inkişaf siyasətinin əsas və uzunmüddətli perspektivlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası dahi rəhbərimizin milli inkişaf təliminin məntiqi davamı olaraq Azərbaycandakı bütün proseslərin uğurla həyata keçirilməsinə, makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma, əhalinin sosial rifahının daha da yüksəldilməsinə hesablanmışdır.Azərbaycan dünyada yüksək imicə malik olan ölkə kimi tanınır, dövlətimiz nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, bu gün paytaxt Bakı və Respublikamızın digər şəhərləri mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ideal məkandır. Heydər Əliyev idarəçiliyi məktəbinin davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının nail olduğu mühüm qələbələr, sürətli sosial-iqtisadi inkişaf, böyük quruculuq işləri, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşması, insan hüquq və azadlıqlarının yüksək təminatla qorunması, beynəlxalq standartlara uyğun vətəndaş cəmiyyətinin qurulması, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi Azərbaycan dövlətinin bugünkü reallığı olmaqla ümumilli liderin xatirəsinə ən böyük hədiyyədir.Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Tam əminliklə demək olar ki, Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir.



Sonra konfransda dosent E.Ə.Qədimova “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, dosent N.R.Hüseynova “Heydər Əliyevin Azərbaycann səhiyyəsinin inkişafında rolu”,dosent A.Z.Əfəndiyev “Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafında rolu”, rezident A.C. Səfixanova “Heydər Əliyev və gənclər siyasəti” mövzularında çıxışlar etdilər.



Konfransın ikinci hissəsində institutun gənc alim və rezidentləri apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışlarını təqdim etdilər. Terapiya, şüa diaqnostikası, otorinolarınqologiya, mamalıq və ginekologiya, nevrologiya və klinik neyrofiziologiya və terapiya kafedralarının əməkdaşları məruzələrlə çıxışlar etdilər. Məruzələr maraqla dinlənildi, mövzular ətrafında diskussiyalar aparıldı.



Azərbaycan Tibb Universitetində də (ATU) Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş mərasim keçirildi.



Tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli ulu öndər Heydər Əliyevin xatirəsinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda anıldığını bildirdi: “Bu tədbirlərin hər biri Azərbaycan xalqının ulu öndərə olan dərin minnətdarlığının rəmzidir. Bu minnətdarlıq hissi və dərin hörmət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında olan naliyyətləri və xilaskarlıq missiyası ilə bağlıdır”.

Rektor G. Gəraybəyli ummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin inkişafı yolunda həyata keçirdiyi siyasətin ayrı-ayrı istiqamətlərindən danışıb. Ulu Öndərin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda səhiyyənin inkişafına xüsusi diqqət göstərdiyini qeyd edib. Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyev fenomeni istər Azərbaycan tarixində, istərsə dünya tarixində dərin bir iz qoyub: “Onun dərin siyasi irsi, həyat yolu bu gün də tarixçilər tərəfindən öyrənilməkdədir. Həqiqətən də analiz etsək ki, görərik ki, Azərbaycan dövlətçiliyinin yaranmasında, ümumiyyətlə Azərbaycanın və xalqımızın həyatında elə bir sahə yoxudr ki, orada ulu öndərin fəaliyyəti, gərgin işinin nəticəsi olmasın. Heydər Əliyevin Azərbaycan tarixində müstəsna yeri var. Ulu Öndərin deyirdi ki, “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”. Əminliklə demək olar ki, bu gün biz məhz həmin tarixi yaşayırıq”.



Mərasimdə ATU-nun Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev, ATU-nun Ümumi və toksikoloji kimya kafedrasının müdiri professor Eldar Qarayev çıxış edərək milli liderin həyat yolu, tarixi qərarları haqqında danışıblar. Qeyd olunub ki, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. ATU-nun 2 müalicə profilaktika fakültəsinin 361a qrup tələbəsi Nərgiz Həbizadə sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətin gənclərə yönəlik siyasətindən danışıb.



Qeyd edək ki, 1 Saylı Kliniki Tibbi Mərkəzdə və Gəncə tibb kollecində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbirlər keçirilib.



Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümü ATU-da eyd olundu (FOTO)
Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümü ATU-da eyd olundu (FOTO)
Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümü ATU-da eyd olundu (FOTO)
Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümü ATU-da eyd olundu (FOTO)
Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümü ATU-da eyd olundu (FOTO)
Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümü ATU-da eyd olundu (FOTO)



REKLAM