sehiyye.info

Gündüz Əhmədov

Gündüz Əhmədov
"İlin həkimi" Gündüz Əhmədov.
Əhmədov Gündüz Əhməd oğlu 1969-cu ildə anadan olub.1987-1994 illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya Fakultəsində təhsil alıb və oranı fərqlənmə ilə bitirib.Bundan sonra 1994-1996 cı illərdə ATU-nun Pediatriya Kafedrasında klinik ordinatura keçib.
1996-1999 cu illərdə həmin kafedrada aspirant olaraq təhsilini davam etdirib.Endokrinologiya sahəsində ixtisaslaşıb.Tibb üzrə fəlsəfə doktoru elmi adını alıb.
Uşaq və yeniyetmə üzrə Beynəlxalq Diabet Cəmiyyətinin üzvü,Avropa Pediatr Endokioloqlar Cəmiyyətinin üzvüdür.Respublika üzrə aparıcı pediatr-endokrinoloq olaraq Avropa və Asiya alimləri ilə birlikdə təlimlər keçir və bu sahədki yenilikləri respublika səviyyəsində tədris edir.
Hal hazırda ATU-nun Tədris Terapevtik Klinikasında Uşaq xəstəlikləri kaferdrasının assistentidir.Uşaq şöbəsinin pulmonologiya,allerqologiya və endokrinologiya şöbəsinin müdiridir.Eləcə də, peşəkar həkim olaraq uşaqlarda bu xəstəliklərin aşkarlanması, müayinə və müalicəsi sahəsində və bu xəstəlikləri törədə biləcək səbəblərin öyrənilməsində əvəzsiz xidmət göstərir.
Gündüz Əhmədovun sözlərinə görə Uşaqlarda şəkərli diabetin artması ilk olaraq qəbul etdiyimiz ərzaq məhsulları(şirniyyatlar)nın uşaq oranizminə uyğun olmaması,ikinci səbəb isə müxtəlif məlum olmayan viruslardan ola bilər.Bunun üçün uşaqlarda immun sisteminin güclü olması,bakteriyalara qarşı orqanizmin dayanıqlı olması lazımdır.
Tədris Terapevtik Klinika
Ünvan: Bakı şəhəri
Mərdanov qardaşları küç.100
Tel: 00994 12 441 33 18
00994 12 441 33 48
00994 12 441 30 66
Mob : 050 315 36 71



REKLAM